Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Soyuq hava şəraiti insan sağlamlığına birbaşa təsir edir. Xüsusilə, temperaturun kəskin enməsi immun sistemini zəiflədir, bu da virus və bakterial infeksiyaların yayılmasını sürətləndirir. Bu zaman insanlar daha çox xəstələnir, antibiotik və ya digər iynə-dərman müalicələrinə ehtiyac yaranır. Lakin bu dərman preparatları insanların orqanizminə fəsad da verə bilər.Soyuqdəymədə belə antibiotik və iynə-dərman qəbulu nə dərəcədə doğrudur və fəsad riski varmı?Sistem vurmaq hansı hallarda vacibdir və düzgündür?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, hazırda aktuallığı doğuran səbəblərin izahını verən sualdır.
həkim-terapevt Şahvələd Məmmədov
“Hər dəqiqə rastlaşdığımız virus infeksiyalarıdır. Azərbaycanda aparılan tədqiqatlara əsasən, xüsusilə qripin “İnfluenza A” adlı variantı daha geniş yayılıb. Xəstələrdə müşahidə olunan əsas əlamətlərə boğaz ağrısı, burun axıntısı, öskürək, nəfəs darlığı və bəzən 39-40 dərəcəyə çatan yüksək hərarət daxildir. Bu simptomlar yaş fərqi olmadan – həm uşaqlarda- (5 yaşa qədər), həm də böyüklərdə (5 yaşdan yuxarı) qeydə alınır.
Təəssüf ki, bir çox insanlar ilkin əlamətlərdə dərhal aptekə üz tutur, sistem və iynə vurdurmağa, müxtəlif dərmanlardan istifadə etməyə çalışırlar. Ancaq bu, doğru yanaşma deyil. Belə hallarda əsas vacib addım xəstə insanlarla təmasın minimuma endirilməsi və ev şəraitində istirahətdir. “İnfluenza A”ya qarşı təsirli antiviral preparatlar – məsələn, Tamiflu, Enzaflu və ya Oseltamivir – həkim məsləhəti ilə istifadə oluna bilər. Eyni zamanda bol maye qəbulu – çay, su içilməsi mütləq vacibdir. Antibiotiklərə yalnız həkim müayinəsindən sonra, əgər 3-4 gün ərzində bakterial infeksiya ehtimalı təsdiqlənərsə, müraciət edilməlidir. İlk növbədə peşəkar tibbi yardım vacibdir”-deyə həkim-terapevt Şahvələd Məmmədov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.