AZ

Tatu mahnısı ilə məşhurlaşan Vladimir Vısotski kim idi?

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Vladimir Vısotski 25 yanvar 1938-ci ildə Moskvada anadan olub. Müharibə illərində çətin uşaqlıq keçirib, valideynlərinin ayrılmasından sonra bir müddət Almaniyada yaşayıb.

Baku TV-nin Vladimir Vısotski ilə bağlı videomaterialını təqdim edirik:

"Tatu" mahnısı ilə məşhurlaşan Vladimir Vısotski kim idi?

Musiqiyə marağı Moskvaya qayıtdıqdan sonra yaranıb, gitara ilə tanışlığı həyatını dəyişib. O, Moskva İnşaat Məktəbini yarımçıq qoyaraq Moskva İncəsənət Akademik Teatr Məktəbinə daxil olur, teatr və kinoda debüt edir.

Mahnılarının sözlərini özü yazır, "Tatu" və "Dostun mahnısı" onu məşhurlaşdırır. Sovet rejimi ilə münasibətləri gərgin olur: mahnıları yayımlanmır, baş rollardan uzaq tutulur.

Buna baxmayaraq, milyonların kumirinə çevrilir. Şəxsi həyatı sevgi və ziddiyyətlərlə dolu idi: bir neçə evlilik, xəyanət, nikahdankənar övlad və s. Alkoqol asılılığı onun həyatını çətinləşdirir. V.Vısotski yuxuda dünyasını dəyişir.

Onun ölümü haqqında qəzetlərdə və televiziyada məlumat verilmir. Buna səbəb həmin vaxt Moskvada Yay Olimpiya Oyunlarının keçirilməsi idi. Dəfn mərasimi barədə rəsmi məlumat açıqlanmasa da, bütün şəhər Vısotskini ehtiramla yola salmaq üçün toplanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
oxu.az

1Mənbələr