AZ

Çelenc Kuboku: Azərbaycan klubu 1/16 final mərhələsinin cavab matçına çıxacaq

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan təmsilçisi Belçikada yerli “Lindemans AALST” kollektivinin qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
3
icma.az

4Mənbələr