AZ

Azərbaycanda pul bazası 7%-dən çox artıb

29 dekabr 2025-ci il tarixinə Azərbaycanda pul bazası 22 milyard 470.2 milyon manat təşkil edib...

Poliqon bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, son bir ayda pul bazası 1.5 % və ya 341.8 milyon manat artıb.

 
İllik müqayisədə isə pul bazası 7.4% və ya 1 milyard 553.7 milyon manat artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Poliqon.info

Seçilən
43
4
poliqon.info

5Mənbələr