AZ

Daşınmaz əmlaka dair texniki sənədlərin həqiqiliyini onlayn formada yoxlamaq mümkündür - Dövlət Xidməti

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təminolunması, prosedurların sadələşdirilməsi məqsədilə tətbiq ediləninnovativ dəyişikliklər həm mülkiyyətçilər, həm də mülkiyyət sahibiolmaq istəyənlər üçün daha etibarlı hüquqi əməliyyatlar aparmağaimkan yaradır.

Trend xəbərverir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumatyayıb.

Bildirilib ki, mülkiyyətçilər daşınmaz əmlaka dair texnikisənədlərini onlayn olaraq qeydiyyat və reyestr nömrələrini qeydetməklə yoxlaya bilirlər.

Torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evivə digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə”www.e-services.economy.gov.az” Elektron Xidmətlər Portalındatəqdim olunan “Daşınmaz əmlakadair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planıvə ölçüsü) yoxlanılması” elektron xidməti vasitəsilə baxışkeçirmək olar. Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədətexniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarışetmək mümkündür. Bu xidmət istifadəçiyə daşınmaz əmlak haqqındadolğun və həqiqi məlumat almağa imkan verir. Belə ki, qeyd edilənnömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texnikipasportun təsviri əks olunur. Burada hüquq sahibinin məlumatları,daşınmaz əmlaka dair məlumatları və texniki təsviri göstərilir.

Texniki pasport və torpaq sahələrinə dair plan və ölçüsənədlərinin elektron müstəviyə keçilməsi ilə sənədin itirilməsi,yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərinsaxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamiləaradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumatalmaq imkanı yaranır.

Seçilən
23
6
az.trend.az

7Mənbələr