Azərbaycanda pul bazası 2025-ci ilin dekabr ayında noyabr ayının sonu ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% artıb. Pul bazası noyabrda 733,3 milyon milyon manat artmışdı.
Marja az Mərkəzi Banka istinadən xəbər verir ki, 30.12.2025-ci il tarixində pul bazası 22 milyard 470.2 milyon manat təşkil edib.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi. 2025-ci ilin 12 ayı ərzində pul bazası 1 milyard 553,7 milyon manat artıb.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manatla)
30.12.2025 22470.2
28.11.2025 22128.4
31.10.2025 21395.1
30.09.2025 21541.2
29.08.2025 21121.8
31.07.2025 21243.0
30.06.2025 21471.3
30.05.2025 20629.7
30.04.2025 20719.3
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5