AZ

Abubakar “Neftçi”də qalır – Vernidubdan xüsusi tapşırıq

Son günlər “Neftçi”nin kamerunlu hücumçusu Vensan Abubakarla bağlı müxtəlif iddialar yayılıb. Futbolçunun Braziliya klublarından təklif aldığı bildirilir.

İdmanxeber.az-a verilən məlumata görə, hazırda Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən toplanışda komandaya qoşulan hücumçunun  “Neftçi”dən ayrılmaq kimi bir planı yoxdur.

İllik təxminən 500 min avro maaş alan oyunçu ən azı mövsümün sonuna qədər paytaxt təmsilçisinin formasını geyinməyə davam edəcək.

Komandanın yeni baş məşqçisi Yuri Vernidub da təcrübəli futbolçunun ayrılmasını istəmir. O, Abubakardan fiziki formasını bərpa etməsini tələb edib. 

Bunun üçün ulduz futbolçu ilə xüsusi proqram əsasında məşğul olunur.

 

 

Seçilən
70
idmanxeber.az

1Mənbələr