Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin oyunları başa çatıb.
QOL.az xəbər verir ki, son olaraq Əlcəzair və Fil Dişi Sahili millisi 1/4 finala vəsiqə qazanıb.
Bununla da, turnirin 1/4 finalındakı 8 komandanın hamısı və cütlüklər müəyyənləşib.
2025-ci il Afrika Millətlər Kubokunun 1/4 final cütləri
Mali - Seneqal;
Kamerun - Mərakeş;
Əlcəzair - Nigeriya;
Misir - Kot-d'İvuar.
1/4 final oyunları 9 və 10 yanvarda keçiriləcək. Yarışın yarımfinal oyunları 14 yanvar çərşənbə gününə planlaşdırılıb.Final matçı isə yanvar 18-də oynanılacaq.