AZ

Şumer qadınları ilə bağlı minillik sirlər ORTAYA ÇIXDI

Şumerdə qadınların özlərinə məxsus dili olub.

KONKRET.az xəbər verir ki, bu barədə elmi jurnalların birində nəşr olunan məqalədə söhbət açılır.

Yazıda qeyd edilir ki, Şumer tayfalarında kişilər və qadınlar bərabər sayılmırdı. Səhər açılan kimi kişi arxayın olurdu ki, arvadı artıq onun üçün səhər yeməyi hazırlayıb. Ailədə uşaqlar olanda oğlanları məktəbə göndərir, qızları isə evdə saxlayırdılar.

Kişi və qadınların həyatı o qədər fərqli idi ki, qadınlar hətta özlərinə məxsus ayrıca bir dil də formalaşdırmışdılar. Əsas şumer dili “emegir” adlanırdı, lakin qadınların “emzal” (“qadın dili”) adlı ayrıca dialekti var idi və bu dialektlə bağlı heç bir yazılı mənbə günümüzə gəlib çatmayıb.

Qadın dilində bəzi səslər fərqli tələffüz olunurdu, həmçinin qadınlar emegirdə mövcud olmayan bəzi sözlərdən və bir neçə saitdən istifadə edirdilər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Seçilən
59
2
konkret.az

3Mənbələr