"Roma"nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında 1000 xala çatan üçüncü məşqçi olub.
Fanat.Az xəbər verir ki, bu, İtaliya çempionatının 19-cu turunda reallaşıb.
"Roma" "Leççe"ni məğlub edib (2:0).
"Opta Sport"un məlumatına görə, qələbəyə görə üç xal qazanılan dövrdə (1994/1995 mövsümündən bəri) Qasperinidən əvvəl 1000 xala yalnız "Yuventus"un baş məşqçisi Luçano Spalletti və "Milan"ın baş məşqçisi Massimiliano Alleqri çata bilib.
Qasperini 2025-ci ilin yayından bəri "Roma"ya rəhbərlik edir. Komanda 19 oyundan 36 xalla turnir cədvəlində beşinci yerdədir.