AZ

Mançester Siti nin futbolçusu Köln ə keçdi

ain.az bildirir, Qol.az portalına istinadən.

"Mançester Siti"nin futbolçusu "Köln"ə keçdi

“Mançester Siti”nin müdafiəçisi Cəhmay Simpson-Pyusi mövsümün qalan hissəsini Almaniyanın “Köln” klubunda keçirəcək.

QOL.az xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı futbolçunun icarəyə götürüldüyünü klubun rəsmi saytı vasitəsilə açıqlayıb.

Məlumata görə, tibbi müayinədən uğurla keçən İngiltərənin U-20 millisinin üzvü komandanın qış toplanışında iştirak etmək üçün İspaniyanın La-Nusiya şəhərinə yollanıb.

Simpson-Pyusi “Mançester Siti”nin yetirməsidir. O, mövsümün əvvəlində icarə əsasında Şotlandiyanın “Seltik” klubuna keçmişdi. Müdafiəçi yanvarın 5-də yenidən “şəhərlilər”in düşərgəsinə qayıdıb. Futbolçu mövsümün ilk yarısında “Seltik”in əsas və ehtiyat komandalarının heyətində ümumilikdə 2 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
qol.az

2Mənbələr