AZ

NBA-da çıxış edən ulduz basketbolçunun zədəsi ciddi deyil

Bakı, 7 yanvar, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Denver Naqqets” komandasının üzvü Nikola Yokiçin durumun aydınlıq gəlib.

AZƏRTAC ESPN-ə istinadla xəbər verir ki, serbiyalı mərkəz oyunçusunun zədəsi ciddi deyil və o, yanvar ayının sonuna qədər parketə qayıda bilər.

“Mayami Hit”lə matçda (123:147) zədələnən ulduz basketbolçuya diz hiperekstenziyası diaqnozu qoyulub.

Qeyd edək ki, Nikola Yokiç bu mövsüm 32 oyunda iştirak edib və hər matçda orta hesabla 29,6 xal, 12,2 ribaund, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
99
azertag.az

1Mənbələr