AZ

Arvadım camaatın içində bunu etməyimə nifrət edir VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçı qanunvericilər qarşısında çıxış edib.

Milli.Az xəbər verir ki,o, çıxışı zamanı xanımı Melania Trampdan danışıb. Melania onun ictimaiyyət qarşısında rəqs etməsinə "nifrət edir" və bu hərəkəti "prezidentliyə yaraşmaz" hesab edir. 

Tramp çıxışı zamanı Melaniyanın dediklərini sitat gətirib: "Bu prezidentliyə yaraşmayan hərəkətdir" və hətta "FDR-nin rəqs etdiyini təsəvvür edə bilərsinizmi?" - deyə fikirlərini davam etdirib. 

O, rəqsin mitinqlərdə tez-tez baş verdiyini və dəstəkçilər tərəfindən sevilməsinə baxmayaraq, Melania Trampın bunu bəyənmədiyini vurğulayıb. 

Bu açıqlamalar 2024-cü il seçki kampaniyası zamanı Trampın rəqs etməsinin mitinq rəqsi kimi artıq ənənəvi elementə çevrildiyi bir vaxtda səslənib. 

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
2
news.milli.az

10Mənbələr