Bakı. Trend:
“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinqüzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edililib.
O, bundan öncə PAŞA Sığorta şirkətində Rəqəmsal və pərakəndəbiznes blokunun rəhbəri vəzifəsində çalışıb. Nuranə Teymurova2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq vəictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də DövlətNeft Fondu və “Azercell Telekom” MMC-də müxtəlif vəzifələr üzrəfəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəmverən “Azərlotereya” Türkiyə şirkətinə idarəetməyə verildikdənsonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan 225-əqaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında“Azərlotereya” yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri dəişə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətliiştirakçıya çevrilmiş “Azərlotereya”da rəqabətli insan kapitalınınformalaşdırılması əsas məqsədlərdən biridir.
“Azərlotereya” üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası(EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin “ScientificGames”, “Demirören Holding” və digər xarici partnyorların təqdimetdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritikbiznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olmasıüçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyatakeçirir.
“Azərlotereya”da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi,onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətədavamlı əmək haqqı ilə təmin olunurlar.