AZ

İranda etirazçılar Trampdan dəstək istədi VİDEO

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın İlam ostanının Abdanan və Məlekşahi şəhərləri faktiki olaraq ölkədə davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarının nəzarətinə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” İran Milli Müqavimət Şurasının nümayəndələrinə istinadən məlumat yayıb.

“Bu gün İranın qərbində yerləşən iki şəhərdə mühüm hadisə baş verib. Bu şəhərlər faktiki olaraq etirazçıların nəzarətinə keçib. İnsanlar şəhər küçələrində bayram edir, şüarlar səsləndirirlər”, - mənbə telekanala müsahibəsində bildirib.

Sosial şəbəkələrdə isə etirazçıların “Sülhün simvolu olan Tramp, onların bizi öldürməsinə imkan vermə!” çağırışı ilə ABŞ Prezidentinə müraciət etdiklərini əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, İranda iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Son məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlərin sayı 35 nəfərə çatıb./Qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
160
8
bakivaxti.az

10Mənbələr