AZ

Sürücü üçün gözəgörünməz təhlükə: yeni qanun ola bilər

Olke.az saytına istinadən ain.az xəbər verir.

Reklam lövhələri və xüsusilə də işıqlı LED ekranlar müasir şəhər mühitinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu vizual bolluq bəzi sualları getdikcə daha çox aktuallaşdırır: reklamlar sürücülərin fikrini yayındıra bilərmi?

Nəqliyatın təhlükəsizliyi üçün problem sayılırmı?

Mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu, hər kəsin fərdi yanaşmasıdır:

"Yəni qanunvericilikdə reklam lövhələrinin işığının çoxluğu və ya azlığı ilə bağlı, yol layihələndirilməsində və hərəkətin təşkilində konkret bir qayda yoxdur. Çünki bilirsiniz, bəlkə də, bundan sonra müəyyən qaydalar tətbiq oluna bilər. Texnoloji inkişafdan sonra, məsələn, on il qabaq belə lövhələr yox idi, monitorlar, LED ekranlar mövcud deyildi. Bəlkə də zamanın tələbi ilə belə bir qərar qüvvəyə minə bilər.

Müəyyən qədər, bəli, təsir göstərir, əlbəttə. Göz qamaşdırır. Ümumiyyətlə, işıqlığın dərəcəsi baxımından təsiri var. Yəqin ki, gələcəyə doğru bu istiqamətdə bir addım atılacaq. Amma hazırda belə bir qadağa yoxdur".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
1
olke.az

2Mənbələr