AZ

Çelenc Kuboku: Xilasedici Belçika təmsilçisi ilə revanş matçına çıxır

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycan təmsilçisi "Xilasedici" kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv Belçikada "Lindeman"ın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Ötən ay Bakıda baş tutan ilk görüşdə rəqibinə 0:3 hesabı ilə uduzan "Xilasedici" cütün taleyini səfərdə həll etməyə çalışacaq.

Qeyd edək ki, Azərbaycan komandası turnirin 1/32 finalında Rumıniya "Styaua"sını mübarizədən kənarlaşdırıb - 0:3, 4:1.

Çelenç Kuboku

1/16 final, cavab oyunu

7 yanvar

23.30. "Lindeman" (Belçika) - "Xilasedici" (Azərbaycan)

Belçika. "Sportcentrum Schotte".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
fanat.az

2Mənbələr