AZ

Ağdamda avtonom radiomonitorinq stansiyası istismara verildi

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası istismara verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi məlumat yayıb.

Bildirilir ki, günəş enerjisi ilə işləyən stansiya müasir SDR ( proqram əsaslı radioqəbuledici) texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radioyayımlara, eləcə də radiotezlik spektrinə məsafədən, real vaxt rejimində 24/7 nəzarət imkanı yaradır.

Qeyd edilir ki, bu, ötən il ərzində quraşdırılan beşinci stansiyadır. Ümumilikdə isə ölkə ərazisində 16 radiomonitorinq stansiyası istifadəyə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
10
bakivaxti.az

10Mənbələr