AZ

Sumqayıtda ağac qaz xəttinə düşüb - 650 nəfər qazsız qalıb

Sumqayıt şəhərində irigövdəli ağac qaz xəttinin üzərinə aşaraq zədələyib, nəticədə 650 abonentin qaz təchizatında fasilə yaranıb.

Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Diametri 108 mm olan xəttin zədələnməsi ilə əlaqədar təmir-bərpa işləri aparılır.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Seçilən
59
1
anews.az

2Mənbələr