AZ

Kölgə məşğulluq, qanunsuz tibbi fəaliyyət: deputat Mahir Aslanov “Kəpəz Hospital” qanunsusluğu nədən gizlədir?

Paytaxt.org daxil olan məlumatlar deyilib ki, “Kəpəz Hospital” özəl tibb müəssisəsində həkim Seymur İlqar oğlu Məmmədov estetik cərrahiyyə üzrə qanunsuz şəkildə və əmək müqaviləsi olmadan praktik tibb fəaliyyətini hələ də davam etdirir.  “Kəpəz Hospital” ilə Seymur Məmmədov arasında əmək müqaviləsi bağlanmayıbsa, bu halda söhbət artıq təkcə əmək qanunvericiliyinin pozulmasından deyil, sertifikatı ləğv edilmiş şəxsin qanunsuz tibbi fəaliyyətindən gedir. Bu isə birbaşa olaraq vətəndaşların sağlamlığına və həyatına real təhlükə yaradır.

Xatırladırıq ki, Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri yalnız yazılı əmək müqaviləsi əsasında yarana bilər.Əmək Məcəlləsinin 58-ci maddəsi əmək müqaviləsi olmadan işçi çalışdırılmasını qanun pozuntusu kimi tanıyır.“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə, müvafiq sertifikatı olmayan şəxsin tibbi fəaliyyətlə məşğul olması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.

Qeyd edək ki, bu faktlarla bağlı sayt adından 19.11.2025-ci il tarixdə 10/313 nömrəli məktubla Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həmçinin 25.11.2025-ci il tarixdə 10/314 nömrəli müraciətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi sorğular ünvanlanmışdır.Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq, nə Əmək Müfəttişliyindən, nə də Vergi Xidmətindən heç bir rəsmi cavab təqdim olunmamışdır. Bu susqunluq haqlı olaraq belə bir sual yaradır: Qanunsuz əmək, qeyri-leqal tibbi fəaliyyət və vətəndaş sağlamlığına risk yaradan hallar nə üçün nəzarət orqanlarının diqqətindən kənarda qalır?

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək hüquqlarının keşiyində dayanmalı olduğu halda, bu cür açıq faktlara reaksiya verməməsi qanunsuzluğun ört-basdır edilməsi təəssüratı yaradır. Özəl tibb müəssisələrində “kölgə məşğulluq” və sertifikatsız tibbi praktikanın geniş yayılması isə artıq sistemli problem səviyyəsinə çatıb.

Redaksiya olaraq gözləyirik ki, aidiyyəti dövlət qurumları:“Kəpəz Hospital”da əmək münasibətlərinin qanuniliyini araşdırsın,Seymur Məmmədovun tibbi fəaliyyətinin hüquqi əsaslarını açıqlasın,Sorğularımıza rəsmi və əsaslandırılmış cavab versin.

Bildirək ki, "Kəpəz" MTK və “Kəpəz Hospital” özəl tibb müəssisəsi "HAPPY" in hotel, "Kəpəz" mebel, "Kəpəz" Naftalan sanatorliyaları deputat Mahir Aslanova məxsus olduğu iddia olunur.

Mövzu redaksiyanın nəzarətindədir və ictimai maraq doğuran bu məsələ ilə bağlı araşdırmalar davam etdiriləcək.

Paytaxt.org

Günay Cəfərli

Seçilən
39
1
paytaxt.org

2Mənbələr