Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
Qusar şəhərini təmsil edən “Şahdağ Qusar” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.
İdman.Biz xəbər verir ki, məlumatı klubun mətbuat xidməti dərc edib.
Məlumatda qeyd olunur ki, qusarlılar yanvarın 6-dan fevralın 4-dək Azərbaycan Cüdo Federasiyasının(ACF) təlim-məşq bazasında toplanış keçəcək.
“Yanvarın 6-sı ilk məşqə çıxan komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri barədə ətraflı məlumat veriləcək” – deyə məlumatda qeyd olunur.
Посмотреть эту публикацию в Instagram
Публикация от Şahdağ Qusar FK (@shahdagqusarfk)
Qeyd edək ki, “Şahdağ Qusar” Birinci Liqada 12 turdan sonra 12 xalla səkkizinci pillədə qərarlaşıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.