AZ

Qubada 70 yaşlı kişi kürəkənini döydü

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Quba rayonunda 70 yaşlı kişi ailə münaqişəsi zəminində kürəkəninə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 5-də baş verib. 1956-cı il təvəllüdlü Məsim yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı kürəkəni Xəlili (adlar şərtidir – red.) yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Məsimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məsim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 5-də, saat 19 radələrində kürəkəni Xəlil zəng edib və qızıyla boşanmaq istədiyini bildirib: “Mən də bu səbəbdən əsəbləşərək evə gəldim. Evə gəldiyim zaman Xəlildən evin giriş qapısında niyə görə qızımla boşanmaq istədiyini soruşdum. O, “yaxşı edirəm, boşanıram” dedi. Xəlilin bu sözündən qəzəbləndim və üzündən yumruqla vurdum, onu yerə yıxdım. Daha sonra mübahisəmiz sonlandı”.İş üzrə ifadə verən Xəlilin sözlərinə görə, Quba rayon sakini Məsim ilə 2 ildir ki, ailə qurub və 1 övladı var: “Qayınatam Məsim də bizimlə bir mənzildə yaşayırıq. Saat 19 radələrində Məsimə zəng etdim və ona qızı ilə aramızda mübahisə olduğu üçün boşanmaq istədiyimi bildirdim. Məsim həmin vaxt mənimlə telefonda kobud danışdı. Daha sonra saat 20 radələrində Məsim işdən evə gəldi və evin girişində qəzəblənərək üzümdən yumruqla vurdu. Mən yerə yıxıldım. Daha sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən Məsimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr