AZ

Dövlət Dəniz və Liman Agentliyi dənizçilər üçün onlayn təlim imkanı yaradıb

Bakı. Trend:

Beynəlxalq Dəniz Təşkilatının (BDT) MSC.560(108) nömrəliqətnaməsi rəhbər tutulmaqla, Beynəlxalq Məcəllənin müvafiqcədvəlinə yeni tələb əlavə edilib. Sözügedən tələb “Zorakılıq vəqısnama hallarının, o cümlədən seksual qısnama, bullinq və seksualhücum hallarının qarşısının alınmasına və onlara cavabtədbirlərinin görülməsinə töhfə vermək” mövzusunu əhatə edir.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) həyata keçirdiyiyeniliyə əsasən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrətanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıqşəhadətnaməsi əldə etmiş şəxslər qeyd olunan yeni tələbə uyğunhissə üzrə biliklərini onlayn formatda artırmaqimkanı əldə edirlər. Dənizçilər DDLA-nın yeni istifadəyə verdiyi“My Cabinet” rəqəmsal platformasına daxil olaraq “Təlimlərbölməsi”ndə müvafiq proqramda iştirak edə və təlimi uğurlabaşa vurduqdan sonra iştirakla bağlı elektron sertifikat əldə edəbilərlər. Həmin sənəd əsasında “Bütün dənizçilər üçün təhlükəsizliküzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıqşəhadətnaməsini təlimlərdə iştirak olmadan birbaşa imtahanlayeniləmək imkanı yaranacaq.

Bu hazırlıq üzrə ilk dəfə təlim keçən şəxslərisə yalnız DDLA-nın uyğunluq haqqında şəhadətnamə verdiyitəlim-tədris mərkəzlərində təşkil olunan əyanitəlimlərdə iştirak etməlidirlər.

Məlumat üçün bildirək ki, cari il ərzində beynəlxalq tələblərəuyğun dənizçilərin bilik və bacarıqlarının artırılması üçün yenitəlimlərin “My Cabinet” platformasına yerləşdirilməsi nəzərdətutulur.

Beynəlxalq standartlara uyğun təlimlərin təşkili və rəqəmsalformada istifadəyə verilməsi Azərbaycan dənizçilərinin daxili vəbeynəlxalq sularda təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlarauyğun şəkildə fəaliyyət göstərməsinə, dəniz mühitində sağlam vətəhlükəsiz iş şəraitinin formalaşdırılmasına, eyni zamandadənizçilik sektorunda idarəetmənin səmərəliliyinin artırılmasınamühüm töhfə verəcək.

Qeyd edək ki, istifadəçilər “My Cabinet” platformasına DDLA-nınrəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi,həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil olabilərlər.

Seçilən
26
6
az.trend.az

9Mənbələr