ain.az, Konkret.az saytına istinadən bildirir.
“Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikıiklərdən sonra vətəndaşların ağlında bir çox suallar yaranıb. Onlardan biri də dəyişikliklərin nə zaman qüvvəyə minəcəyi haqqındadır.
KONKRET.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:
“Qanuna əsasən, bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Qayda təsdiqlənənədək, hazırda icbari tibbi sığorta sistemindən istifadə edən şəxslər tibbi xidmətlərdən yararlanmağa davam edəcəklər”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.