Bakı. Trend:
Yanvarın 5-dən etibarən “Xaçmaz KOB evi”ndə yeni xidmətlərgöstərilməyə başlanıb.
Bu barədə Trend-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindənməlumat verilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdimedilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması,qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi,peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət,əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığortaödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinəmüraciətlərin qəbulu artıq “Xaçmaz KOB evi”ndə həyatakeçiriləcəkdir. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslərDMA-nın “Xaçmaz KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinəmüraciət edə bilərlər.
Qeyd edək ki, KOB evlərində sahibkarlara dövlət və özəl qurumlartərəfindən göstərilən “G2B” və “B2B” xidmətlərin təqdim edildiyivahid məkandır. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurumtərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox“G2B” və “B2B” xidmətlər göstərilir. Hazırda Bakı, Xaçmaz, Şuşa vəYevlax şəhərlərində KOB evləri, Xudat şəhərində “Xaçmaz KOB evi”ninxidmət mərkəzi fəaliyyət göstərir. Sahibkarlar biznesin qeydiyyatı,biznes fəaliyyəti üçün zəruri olan sənədlər, biznes planınhazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük,kommunal xidmətlərə qoşulmaq, bank, sığorta və s. xidmətlər üçünKOB evlərinə müraciət edə bilərlər.