AZ

ABŞ Britaniyaya çox sayda hərbi təyyarə və helikopter göndərib

Bakı. Trend:

ABŞ Böyük Britaniyadakı hava bazalarına 14 ədəd “C-17Globemaster” hərbi yük təyyarəsi və iki ağır silahlanmış “AC-130JGhostrider” helikopterini göndərib

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanvarın 3-dən etibarən, Saffolk vəQlouçesterşayr bölgələrində yerləşən üç Krallıq Hərbi HavaQüvvələri bazasına ən azı 14 “C-17 Globemaster” yük təyyarəsi vəiki ağır silahlanmış “AC-130J Ghostrider” helikopteri enişedib.

“Globemaster” təyyarələrinin göyərtəsində xüsusi əməliyyatlardaistifadə olunan beş “MH-60M Black Hawk” və bir "MH-47G Chinook"helikopterinin olduğu güman edilir.

Qeyd olunur ki, adıçəkilən hava bazaları həm Krallıq Hərbi HavaQüvvələri, həm də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən birgəistifadə olunur. Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyiməlumatı şərh etməkdən imtina edib.

Məqalədə:
Seçilən
139
3
az.trend.az

4Mənbələr