Kuşner bildirib ki, Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski dekabrda ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində keçirilən görüşdə təhlükəsizlik təminatları ilə bağlı hərtərəfli müzakirə aparıblar:“Düşünürəm ki, onlar əslində bütün məsələləri olmasa da, əksəriyyətinə toxundular”.
Eyni zamanda, o, yanvarın 6-da Parisdə baş tutangörüşün “çox mühüm mərhələ” olduğunu düşünür.
-Bu o demək deyil ki, biz sülhə nail olacağıq.Ancaq bu gün əldə etdiyimiz tərəqqi olmadan sülh mümkün olmayacaq. Bu o deməkdir ki, Ukrayna yekun razılaşmaya gedəcəksə, onlar razılaşmadan sonra qorunacaqlarını, etibarlı çəkindirmə mexanizmi və bunun bir daha təkrarlanmaması üçün real dəstək olacağını bilməlidirlər”, - Cared Kuçner vurğulayıb.
![]() |
| The Independent: “Ukrayna üzrə danışıqlar arxa plana keçib” |
Yeri gəlmişkən, “UNİAN” agentliyi Parisdə “könüllülər koalisiyası”na daxil olan ölkələrin görüşündə Fransa və Böyük Britaniyanın Rusiya ilə müharibənin bitməsindən sonra sülhü təmin etmək üçün Ukraynaya qoşun yeritmək niyyətlərini açıqladığı barədə məlumat yayıb.
Bununla belə, “The Independent” nəşri hazırda ABŞ diqqətini Venesuelaya yönəltdiyi üçün Parisdə Ukrayna üzrə danışıqlarda irəliləyişinqeyri-müəyyən olaraq qaldığını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
