Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Komanda yanvarın 22-si və 24-də Danimarka yığması ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik məlum deyil.
"Cebheinfo.az"