AZ

Vaqif Xaçaturyanın son durumuAÇIQLANDI

Azərbaycanda həbsdə olan erməni separatçısı Vaqif Xaçaturyanın durumu açıqlanıb.

Bu barədə Redaktor.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. 

“Hazırda Vaqif Xaçaturyanın müvafiq dövlət tibb müəssisəsində müalicə tədbirləri davam etdirilir”, - qurumdan bildirilib. 

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilərək Bakı Hərbi Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən il dekabr ayının 22-də onun səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrılarından sonra xəstəxanaya yerləşdirilib. 

Seçilən
87
3
redaktor.az

4Mənbələr