AZ

Vernidubun “Neftçi”də görmək istədiyi ukraynalı

Ukrayna mətbuatı “Neftçi”nin yeni transfer hədəfini açıqlayıb.

Msport.az xəbər verir ki, “ağ-qaralar” “Rux”un 22 yaşlı yarımmüdafiəçisi Denis Pidqurski ilə yaxından maraqlanır.

Ukraynalıların iddiasına görə, Yuri Vernidub həmyerlisini şəxsən sərəncamında görmək istəyir.

“Neftçi” oyunçunun “Rux”la müqaviləsinin cari mövsümün sonunda başa çatmasından istifadə edərək, onu bu qış heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Denis “Karpatı” (Lvov) klubunda da oynayıb.

Seçilən
16
2
msport.az

3Mənbələr