AZ

Beşiktaş da növbəti ayrılıq yaşandı RƏSMİ

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Beşiktaş"da növbəti ayrılıq reallaşıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Qabriel Paulista ilə vidalaşıb.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Braziliyalı müdafiəçi ailəvi səbəblərinə görə ölkəsinə qayıtmaq istəyib. "Qara qartallar" 35 yaşlı mərkəz müdafiəçisinin istəyinə müsbət cavab verib və onunla müqaviləyə xitam verilib. Hərçənd "Fənərbağça"nın onunla maraqlandığı və heyətinə cəlb etmək istədiyi bildirilir.

Qeyd edək ki, Qabriel Paulista bu mövsüm "ağ-qaralar"ın heyətində keçirdiyi 17 oyunda 1 qol ötürməsi edib.

"Beşiktaş" qış fasiləsində Mert Günokla da yollarını ayırıb. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
17
fanat.az

10Mənbələr