İranlı rejissor və ssenarist Cəfər Pənahi onu gözləyən həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir.
Aznews.az xəbər verir ki, bunu rejissor “The Hollywood Reporter”ə müsahibəsində deyib.
Filmlərində İran hökuməti əleyhinə təbliğat aparmaqda ittiham olunan Cəfər Pənahinin ölkədən çıxmasına 10 ildən çox müddət ərzində qadağa qoyulub. Qadağa aradan qaldırıldıqdan sonra isə o, 2023-cü ildə İranı tərk edib.
Bundan sonra rejissor Ötən il 78-ci Kann Film Festivalında Qızıl Palma Budağı mükafatına layiq görüldüyü son filmi “Bir sadə qəza”ya görə bu dəfə qiyabi olaraq həbs edilib.
Rejissorun vətənə qayıdacağı təqdirdə saxlanılacağı istisna edilmir.