Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining PLC” mədən şirkəti 6 yanvar 2026-cı il tarixində səhmdar strukturunda dəyişiklik baş verdinyini açıqlayıb.
Banker.az xəbər verir ki, “Limelight Industrial Developments Limited” şirkəti 4 038 600 səhmdən 1 000 000-ni Yasamin Vaziri Lotfinezhada satıb.
İndi “Limelight”də 3 038 600 səhmdən qalır, xanım Lotfinezhad isə öz adına 1 000 000 səhmin sahibi olub.
Xanım Lotfinezhad “Limelight”un 100% sahibidir, yəni faktiki olaraq hələ də şirkətdə 4 038 600 səhmdə — yəni səsvermə hüquqlarının 3.532%-ində — nəzarətini saxlayır.