AZ

Şapkasız gəzinti sağlamlıq üçün təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

Qış aylarında şaxtalı havada şapkasız qısa müddətli gəzintilər belə sağlamlıq üçün ciddi risklər yarada bilər.

Redaktor.az bu barədə Sankt-Peterburqdakı “SM-Klinika”nın lor həkimi Darya Gridina lenta.ru-ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, aşağı temperaturun təsiri orqanizmin immun müdafiəsini zəiflədir. Şapka birbaşa viruslardan qorumasada, orqanizmin soyumasının qarşısını alır və bu da çox zaman kəskin respirator virus infeksiyaları və qripin yaranmasına təkan verən əsas amillərdən biridir.

Darya Gridina qeyd edib ki, soyuqlama burun-udlaq nahiyəsində patogen mikrofloranın aktivləşməsinə səbəb olur. Bu isə otit, sinuzit və tonzillit kimi xəstəliklərin yaranma riskini artırır. Onun sözlərinə görə, bu xəstəliklər vaxtında və düzgün müalicə olunmadıqda xroniki formaya keçə bilər. Həmçinin virus infeksiyaları tez-tez bakterial fəsadlarla ağırlaşaraq, hətta pnevmoniya və menenjit kimi təhlükəli nəticələrə gətirib çıxara bilər.

Mütəxəssis xüsusilə qulaq seyvanlarının soyuğa qarşı daha həssas olduğunu vurğulayıb. Belə ki, bu nahiyədə piy qatının olmaması onların tez donmasına səbəb olur. Şapkasız gəzinti yerli soyuqlamaya, hətta donvurmaya gətirib çıxara bilər. Bundan əlavə, uzun müddət şaxtada qalmaq damarların daralması fonunda qan dövranının pozulmasına səbəb olaraq üz və üçlü sinirin nevralgiyasının inkişaf riskini də artırır.

Nuriyyə NATİQQIZI

Seçilən
85
1
redaktor.az

2Mənbələr