AZ

Qurban Qurbanov jurnalistlər önünə çıxacaq

"Qarabağ"ın yanvarın 9-da media nümayəndələri üçün açıq məşq və brifinq təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, saat 12.30-da “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək brifinq isə açıq məşqdən 10 dəqiqə əvvəl baş tutacaq.

Xatırladaq ki, açıq məşqdə 2025/26 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş vəsiqəyə malik media nümayəndələri iştirak edə bilər.

Xatırladaq ki, komanda qış hazırlığına yanvarın 3-də start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Seçilən
39
6
football-plus.az

9Mənbələr