ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pekin Vaşinqtonun Venesuelanı neft ehtiyatlarını Amerika şirkətlərinin nəzarətinə verməklə Çin və Rusiya ilə əlaqələri kəsməyə məcbur etmək cəhdlərini qətiyyətlə pisləyir.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin, brifinqdə məlumat verib.
"Venesuela təbii ehtiyatları üzərində tam və ayrılmaz suverenliyə malik müstəqil bir dövlətdir. ABŞ-ın həyasızcasına güc tətbiq etməsi və indi Venesuela neftinə nəzarət tələb etməsi "Amerika Birinci" şüarının və tipik zorakılığın təzahürüdür", - deyə diplomat bildirib.
Mao Ninq vurğulayıb ki, bu cür hərəkətlər beynəlxalq hüququ və Venesuela xalqının hüquqlarını ciddi şəkildə pozur.
3 yanvarda ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi həbs edərək təxliyə edib. Onlar ABŞ-a gətirilib və Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılıblar. 5 yanvarda Maduro və Flores Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəmədə çıxış ediblər. ABŞ hakimiyyəti onları narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham edir. Maduro və Flores onlara qarşı irəli sürülən ittihamlarla bağlı özlərini günahkar bilməyiblər.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.