AZ

"Ayətullahlar anlamalıdır ki, belə davam etsə, Tramp da onları öldürəcək"

Yazını böyüt
Yazını kiçilt

"İran rəhbərliyi xalqa qarşı zorakılığı davam etdirərsə, bunun ağır nəticələri olacaq".

Hafta.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “FOX News”a müsahibəsində bildirib.

O, deyib:

“Ayətullahlar anlamalıdır ki, daha yaxşı həyat tələb edən vətəndaşlarını öldürməyə davam etsələr, Donald Tramp da onları öldürəcək”.

Senator qeyd edib ki, İranda böyük dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, qarşıdakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq və bu, mövcud hakimiyyətin aradan qaldırılması ilə nəticələnəcək.

"Beynəlxalq ictimaiyyət İran xalqının tərəfindədir. İran xalqına yardım artıq yoldadır”.

Seçilən
92
8
hafta.az

10Mənbələr