AZ

Qışda papaq taxmayan insanları hansı sağlamlıq problemləri gözləyə bilər? -Mütəxəssis AÇIQLADI

Qısa gəzintilər, soyuqda papaqsız olmaq soyuqdəymə və qulaq-burun-boğaz xəstəlikləri riskini artırır.

Redaktor.az xəbər verir ki, bu barədə otolarinqoloq Darya Gridina life.ru-ya danışıb.

Gridina bildirib ki, qısa müddətli soyuq hava təsiri belə immuniteti zəiflədə bilər. Ona görə də soyuqda papaqsız gəzintilər soyuqdəymə və qrip riskini artırır.

Həkim vurğulayıb ki, baş geyimi viruslardan birbaşa qorumaq üçün deyil, əsasən orqanizmin hipotermiyadan qorunmasına xidmət edir ki, bu da xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir.

O əlavə edib ki, soyuq baş orqanizmin burun və boğazdakı patogen florasını aktivləşdirir. Nəticədə otit, sinusit və tonzillit riski artır və bunlar daha sonra xroniki formaya keçə bilər. Bundan əlavə, düzgün müalicə edilməyən viral infeksiya bakterial infeksiya ilə ağırlaşa bilər ki, bu da fəsadlara - sinusitdən pnevmoniya və meninqitə qədər - səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
31
redaktor.az

1Mənbələr