AZ

Prezidentə qarşı sui-qəsdin qarşısı alındı - Bu ÖLKƏDƏ

Burkina-Fasoda ölkə rəhbərliyinə qarşı planlaşdırılan sui-qəsd cəhdi vaxtında qarşısı alınıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Təhlükəsizlik qüvvələri yüksəkvəzifəli məmurların, eləcə də ölkə prezidenti İbrahim Traorenin öldürülməsinə yönəlmiş planı ifşa ediblər.

Bu barədə Burkina-Fasonun təhlükəsizlik naziri Mahamadu Sana dövlətin RTB tele-radio şirkətinin efirində açıqlama verib. Nazir bildirib ki, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində ölkədə sabitliyi pozmağa və dövlət rəhbərliyinə qarşı zorakı addımlar atmağa hazırlaşan qrup zərərsizləşdirilib.

Hadisənin detalları açıqlanmasa da, rəsmi qurumlar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və vəziyyətin nəzarət altında olduğunu vurğulayıblar.

Nuriyyə NATİQQIZI

Seçilən
154
redaktor.az

1Mənbələr