AZ

Maliyyə Nazirliyi ötən il 121 milyon manat depozit gəliri əldə edib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ilin doqquz ayı ərzində keçirilmiş depozit hərracları nəticəsində dövlət büdcəsinə 98.6 milyon manat məbləğində faiz gəliri daxil olub.

Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Mərkəzi Bank vasitəsilə xarici valyuta vəsaitlərinin başqa ölkələrdə likvid fondlara yerləşdirilməsi və idarə olunması sayəsində 22.4 milyon manat ekvivalentində əlavə gəlir qazanılıb.

Beləliklə, vahid xəzinə hesabının effektiv idarə olunması nəticəsində 2025-ci il üzrə dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin edilib.

2025-ci ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitləri hərrac üsulu ilə depozitlərə yerləşdirilməyə başlanıb.

Elmidar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
7
oxu.az

10Mənbələr