AZ

Ukrayna klubunun futbolçusu “Neftçi”nin diqqət mərkəzində

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna klubunun futbolçusu “Neftçi”nin diqqət mərkəzində

Ukraynanın “Rux” komandasının futbolçusu Denis Pidqurski Bakının "Neftçi" klubunun maraq dairəsinə düşüb.

QOL.az xəbər verir ki, Ukrayna mənbələrindən "İnside UPL" Telegram kanalının yaydığı məlumata görə, “Neftçi” 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə yaxından maraqlanır. Bildirilir ki, Bakı klubunun yeni baş məşqçisi Yuri Vernidub futbolçunu hələ “Krivbas”da çalışdığı dövrdən tanıyır və onun xidmətlərində şəxsən maraqlıdır.

Qeyd edilir ki, futbolçunun “Rux”la müqaviləsi yayda başa çatır və “Neftçi” bu fürsətdən yararlanmağa çalışacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
qol.az

2Mənbələr