AZ

Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqda

30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin apellyasiya şikayətinə baxılıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını açıqlayıb.

Qərara əsasən, Sənan Mehdiyevin cəzası azaldılıb. Amnistiya aktı şamil edilməklə o, cəzadan tam azad edilib.

S.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Seçilən
102
10
publika.az

10Mənbələr