AZ

İranın son şahının oğlu xalqı qəti döyüşə çağırdı VİDEO

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İranın son şahı Rza Pəhləvinin oğlu ölkə vətəndaşlarını 8 və 9 yanvarda kütləvi etirazlara çıxmağa çağırıb.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müraciətində o, keçid prosesinə rəhbərlik etməyə hazır olduğunu bildirib və məqsədinin “millət referendumları və konstitusional qurultay vasitəsilə” dəyişikliklər etmək olduğunu vurğulayıb.

Pəhləvi “İranda qəti döyüşə” hazır olduğunu qeyd edib.

O, həmçinin silahlı qüvvələrə və hüquq-mühafizə orqanlarına müraciət edərək, xalqın tərəfinə keçməyə və etirazçılara qarşı güc tətbiqindən çəkinməyə çağırıb.

Onun sözlərinə görə, İranın “korrupsiyalaşmış rejiminin” süqutu indiyə qədər olduğundan daha yaxındır və təhlükəsizlik qüvvələri üçün bu, xalqla birləşməkdə “son şansdır”.

“Xalqı dəstəkləyənlər hörmətlə qarşılanacaq, repressiyalarda iştirak edənlər isə cəzalandırılacaq”, – Pəhləvi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
2
konkret.az

3Mənbələr