ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən “Xankəndi”də gözlənilməz dəyişiklik baş verib. Fasiləyə şərikli lider kimi yollanan qarabağlıların baş məşqçisi İbrahim Uzunca artıq klub akademiyasında uşaq futbolu üzrə əlaqələndirici vəzifəsində çalışacaq.Təbii ki, bu dəyişiklik çox gözlənilməz oldu. İşlər yaxşı getdiyi vaxtda nəyə görə bu qərar verildi? İbrahim Uzuncanın “Football-plus.az”a açıqlaması:
“Sözün düzü, mən istədim. Akademiya qurulacaq. Bununla bağlı böyük işlər görmək lazımdı. Yüksək liqalara futbolçu yetişdirmək istəyirik. Bu da zaman alacaq prosesdi. Buna görə də həmişə komandanın yanında ola bilməyəcəkdim. Komandaya yenə də dəstəyimi göstərəcəm. Gələcək baş məşqçi kim olacaqsa, ona da əlimdən gələn köməyi edəcəm. Tək hədəfimiz çempionluqdu. Kimin baş məşqçi olacağını bilmirəm. Azərbaycanda istedadlı, savadlı uşaqlar var. Onlarla məşğul olmaq lazımdı. Təməli olmayan bina tez çökər. Klubun təməli olmalıdı. O vaxt “Bakı”da da belə işləyirdik. Gözəl nəticələrimiz var idi. Mahir Emreli də göz qabağındadı. Belə nümunələrimiz çoxdu”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.