ain.az, Apasport portalına istinadən məlumat verir.
Azərbaycan çempionu Qarabağ İsveç təmsilçisi "Myallbü"nün müdafiəçisi Abdullah İqbalı transfer siyahısına daxil edib.
Apasport.az xəbər verir ki, bu barədə İsveçin fotbooldirekt.se saytı məlumat yayıb. Ağdam klubu Pakistan millisinin üzvü üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Bildirilir ki, 23 yaşlı mərkəz müdafiəçisi Avropanın digər klublarının da diqqət mərkəzindədir. Belə ki, futbolçunun xidmətində Macarıstanın Ferentsvaroş və Belçikanın Gent klubları da maraqlıdır.
Qeyd edək ki, Abdullah İqbal geridə qalan mövsümdə “Myallbü”nün heyətində meydana çıxdığı 24 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Pakistanlı futbolçunun bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.
Günün oyunları bu kanallarda
Qurban Qurbanov brifinq keçirəcək
Millimizin üzvü “Zirə”də - RƏSMİ
"Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov
"Turan Tovuz"dan Yaponiyaya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.