“Dünya enerji bazarındakı vəziyyəti nəzərə alaraq ola bilər ki, ABŞ Kuba ilə bağlı hansısa güzəştlər etsin”.
Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Birləşmiş Ştatların Kubaya mümkün hərbi müdaxiləsi barədə danışarkən deyib. O bildirib ki, ABŞ-Kuba arasında münasibətlər tarixi həssaslıq nöqtəsindədir:
“ABŞ bu ölkəni sistemli şəkildə sıxışdırmaqdadır. Daha çox embarqo və diplomatik sanksiyalar tətbiq etməklə Kubaya təzyiq edir. Həmçinin Kubaya qarşı hər hansı bir hərbi əməliyyatların həyata keçirilməsi riskini hələ ki, səbəb olaraq müəyyən etmək çətindir. ABŞ hazırda BMT-də, istərsə də digər platformalarda öz hərəkətlərini müdafiə etmək məqsədilə və legitimləşdirmək üçün Rusiya və Çinin manevr imkanlarını zəiflətmək istəyəcək. Bundan dolayı ehtiyyatlı davranaraq siyasətində yön dəyişməyə üstünlük verəcək”.
Süleyman