AZ

Yasamalda namaz vaxtı qız üstündə qanlı dava

Bakının Yasamal rayonunda 1992-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Aslana (adlar şərtidir – red.) xəsarət yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 19 dekabr 2024-cü ildə gecə saat 4 radələrində baş verib.

Həmin vaxt Sərxan kirayədə qalan tanışı Aslanla qonşuluqda yaşayan qadınla bağlı mübahisə edib. Masanın üzərindən götürdyü bıçaqla o, Aslana üç xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sərxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Aslanı öldürmək məqsədilə vurmayıb: “Hadisədən əvvəl bir neçə dəfə mübahisə etmişdik. Həmin xanım mənə yaxın adam idi. Hadisəni zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində törətmişəm. Onun sinəsinə yalnız bir zərbə vurduğumu xatırlayıram. Çox əsəbi olmuşam və vurmuşam”.

Seçilən
125
publika.az

1Mənbələr