“TeamSupport:Şagirdlərdə Komanda Ruhunun Formalaşdırılması” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihə çərçivəsində şagirdlərdə komanda daxilində ünsiyyət, əməkdaşlıq, məsuliyyət bölgüsü və qərarvermə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş xüsusi təlim proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə 25 şagird üçün mütəmadi məşğələlər təşkil olunacaq, praktiki tapşırıqlar və interaktiv fəaliyyətlər vasitəsilə onların birgə işləmə, qarşılıqlı dəstək və inam formalaşdırma bacarıqları gücləndiriləcək. Sessiyalar şagirdlərin sosial qarşılıqlı fəaliyyətini artırmağı və komanda mühitində effektiv iştirakını təmin etməyi hədəfləyir.
Xatırladırıq ki, “TeamSupport: Şagirdlərdə Komanda Ruhunun Formalaşdırılması” qrant layihəsi Yəhyayeva Təranə tərəfindən Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin məqsədi məktəblilər arasında əməkdaşlıq, ünsiyyət və komanda işi bacarıqlarının inkişaf etdirilməsi, həmçinin təlim sessiyaları və məktəbdaxili klub fəaliyyəti vasitəsilə dayanıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə verməkdir.






