JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Azərbaycan Taekvondo Federasiyasının əməkdaşı, tanınmış jurnalist Zaur Hüseynov (Zahidoğlu) vəzifəsindən istefa verib.BAKU.NEWS Qaynarinfo.az-a istinadla xəbər verir ki, o, 2011-ci ildən indiyədək federasiyada mətbuat katibi, sənəd dövriyyəsi üzrə baş mütəxəssis kimi vəzifələrdə çalışıb. Bildirilir ki, tanınmış jurnalist öz ərizəsi ilə işdən çıxmaq qərarı verib.Qeyd edək ki, bu, Azərbaycan Taekvondo Federasiyasında ilk belə hadisə deyil. Belə ki, mediada yer alan xəbərlərə görə, 2025-ci ilin yayında federasiyanın baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılmışdı. Baş katiblə yanaşı, komandanın həkimi Ruslan Şərifov da milli komandadan getmişdi. Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə bu addımı atdığı bildirilmişdi. Federasiya isə bu məlumatı təkzib etmişdi.Bundan başqa, 2023-cü ilin Bakıda keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra bir sıra federasiya əməkdaşları işlərindən kənarlaşdırılmışdılar. Hətta o zaman çox keçmədən federasiyanın icraçı vitse-prezidenti Nağı Səfərov tutduğu vəzifəsindən ayrılmışdı.Oxu.Az-ın əldə etdiyi məlumata görə, jurnalistin istefa verməsinə səbəb uzun müddətdir əməkhaqqı ala bilməməsi və federasiyanın əməkdaşlara biganə münasibəti olubQeyd edək ki, Taekvondo Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX