AZ

Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Lənkəran rayonunda qəbiristanlıqlardan birində qəbir daşının qəsdən sındırılması barədə polisə müraciət daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı Fuad Təbibzadə müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs qəbir daşının üzərindəki şəkli məzarlıq üçün uyğun görmədiyi üçün gecə saatlarında qəsdən sındırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
11
cebheinfo.az

10Mənbələr